IMG-LOGO

Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə olub

30 Dec 2025 05:36 4 baxış
IMG

Türkiyənin Çanakkale vilayətində şagirdlər arasında kütləvi zəhərlənmə olub.

"Report" xəbər verir ki, bu barədə vilayət administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ezine rayonunda yerləşən qızlar üçün nəzərdə tutulmuş yataqxanada qalan 55 nəfərdən 26-nın yeməkdən sonra vəziyyəti pisləşib. Başgicəllənməsi və bulantı şikayəti olan şagirdlər xəstəxanaya çatdırılıblar. Onlardan 19-u ilkin yardımdan sonra evə buraxılıb, 7 nəfərinin isə müalicəsi xəstəxana şəraitində davam edir.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Xəbər lenti