IMG-LOGO

Tramp FES rəhbəri Pauelli məhkəmə iddiası ilə hədələyib

30 Dec 2025 02:40 4 baxış
IMG

Ağ Ev ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Cerom Pauellə qarşı məhkəmə iddiası qaldırmaq imkanını nəzərdən keçirir.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahyu ilə 29 dekabrda keçirilən ikitərəfli görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Biz Pauellə qarşı səriştəsizliyə görə iddia qaldırmağı düşünürük", – deyə ABŞ lideri vurğulayıb.

Tramp bundan əvvəl də FES rəhbərini dəfələrlə açıq şəkildə tənqid etmişdi. Onun sözlərindən belə nəticə çıxır ki, iddianın əsas səbəbi FES-nin Vaşinqtondakı qərargahının əsaslı təmiri planları ola bilər. Ağ Ev daha əvvəl bu layihənin smetasını əsassız dərəcədə şişirdilmiş adlandırmışdı. ABŞ Prezidentinin sözlərinə görə, söhbət "ciddi səriştəsizliyə görə iddiadan" gedir.

"Bu adam sadəcə səriştəsizdir. Bununla heç nə etmək mümkün deyil. Yəqin ki, biz ona qarşı iddia qaldıracağıq", – Tramp təkrar edib. "O, istefa verməli, ölkəyə yaxşılıq etməlidir", – deyə prezident əminliklə bildirib. "Mən onu vəzifədən azad edərdim, bunu istərdim, amma biz artıq onun səlahiyyət müddətinin başa çatmasına çox yaxınlaşmışıq", – deyə Tramp əlavə edib. O, yanvar ayında FES-nin növbəti rəhbəri postuna namizəd irəli sürəcəyini dəqiqləşdirib.

Xəbər lenti