IMG-LOGO

Ukrayna 2026-cı ildə ABŞ-dən yardım alacaq ölkələrin siyahısına daxil edilib

30 Dec 2025 01:56 5 baxış
IMG

Ukrayna ABŞ-nin 2026-cı ildə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinə ayırdığı 2 milyard dollar həcmində humanitar yardım siyahısına daxil edilib.

"Report"un məlumatına görə, bu, idarə tərəfindən yayımlanan siyahıda öz əksini tapıb.

Məlumata əsasən, Ukraynadan başqa siyahıya Suriya, Banqladeş, Cənubi Sudan və Efiopiya da daxil olmaqla, 16 ölkə salınıb. Fələstin siyahıda yer almayıb. Vəsaitlər həmçinin BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondu (CERF) üçün də nəzərdə tutulub.

Xəbər lenti