IMG-LOGO

Putin hərbi çağırış haqqında sərəncam imzalayıb

29 Dec 2025 23:07 5 baxış
IMG

2026-cı ildən etibarən Rusiya vətəndaşlarının həqiqi hərbi xidmətə çağırış ilboyu olacaq.

"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.

Bununla belə, xidmət yerinə göndərilmə ildə iki dəfə - 1 aprel-15 iyul və 1 oktyabr-31 dekabr tarixlərində həyata keçiriləcək.

Sənədə əsasən, ehtiyatda olmayan və hərbi xidmətə cəlb edilməli olan 18-30 yaş arası 261 min nəfərin çağırışı da planlaşdırılıb.

Xəbər lenti