İngiltərə təmsilçisi "Mançester Yunayted" sabiq futbolçusu Skott Maktomineyi geri qaytarmaq barədə düşünür.
"Report" "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" akademiyalarının yetirməsi olan hücumameyilli yarımmüdafiəçi ilə 2024-cü ildə yollarını ayırdıqlarına görə peşmandırlar.
29 yaşlı oyunçunun hazırda çıxış etdiyi "Napoli"də (İtaliya) yüksək performans sərgiləməsi Premyer Liqa kollektivinin yenidən diqqətini çəkib.
Belə ki, o, cari mövsüm bütün turnirlərdə iştirak etdiyi 24 oyunda beş qol vurub və dörd məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Transfermarkt" portalı Skott Maktomineyin transfer dəyərini 45 milyon avro qiymətləndirir.