IMG-LOGO

Almaniya klubu II Bundesliqanın bombardirini transfer edib

29 Dec 2025 21:35 5 baxış
IMG

Almaniyanın "Ayntraxt" klubu heyətini II Bundesliqanın bombardiri ilə gücləndirib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Frankfurt təmsilçisi "Elfersberq"dən ayrılan Yunes Ebnutalibi transfer edib. Müqavilənin detalları barədə açıqlama verilməyib.

Qeyd edək ki, 22 yaşlı hücumçu cari mövsüm II Bundesliqada 17 matçda 12 qol vurmaqla bombardirlər siyahısında liderliyə yüksəlib.

Xəbər lenti