"Napoli"nin futbolçuları həftənin çox hissəsini bağlı qapılar arxasında keçirəcək.
Lent.az bildirir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Klub bu addımı A seriyasında "Torino"ya darmadağından (0:3) sonra atıb. Mövcud çempionlar ilk dövrədən sonra İtaliya çempionatının turnir cədvəlində 9-cu yeri tuturlar.
Mənbənin sözlərinə görə, futbolçular həftənin böyük hissəsini bağlı qapılar arxasında məşq edəcəklər. Dəqiq tarix göstərilməyib, lakin komandanın yanvarın 13-də “Salernitana” ilə keçiriləcək oyuna qədər bu rejimdə çalışacağı gözlənilir.