IMG-LOGO

"Fənərbağça" "Milan"ın hücumçusunu transfer etmək istəyir

29 Dec 2025 20:09 5 baxış
IMG

Türkiyənin "Fənərbağça" klubu İtaliya təmsilçisi "Milan"ın hücumçusu Kristofer Nkunku ilə maraqlanır.

"Report" qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, İstanbul kollektivi 28 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmağı planlaşdırır.

Komanda bunun üçün 30 milyon avrosundan keçməyə hazırdır

Qeyd edək ki, Nkunku 2025-ci ilin yayından "Milan"da çıxış edir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2030-cu ilə qədərdir. Bu mövsüm hücumçu bütün yarışlarda 15 oyunda iştirak edib, üç qol vurub və iki məhsuldar ötürmə edib.

Xəbər lenti