IMG-LOGO

PSJ və Uruqvay millisinin əfsanəsi futbol karyerasını başa vurdu

29 Dec 2025 18:44 5 baxış
IMG
0 0

Əfsanəvi uruqvaylı futbolçu Edinson Kavani karyerasını başa vurduğunu açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, futbolda olduğu illər ərzində 38 yaşlı Kavani Uruqvayın “Danubio “komandasında, İtaliyanın “Palermo” və “Napoli” klublarında, Fransanın PSJ, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Valensiya” və Argentinanın “Boka Xuniors” klubunda oynayıb.

"Təşəkkür edirəm, futbol! Məni böyütdün, məndən çox şey gözlədin, yıxılanda ayağa qalxmağı və yolda atılan hər addımın qədrini bilməyi öyrətdin. Uşaqlıqda qeyri-mümkün görünən xəyallara çatmaq və həm meydanda, həm də meydandan kənarda inanılmaz insanlarla tanış olmaq imkanı verdin. 

Bunların heç biri ailəm, dostlarım, komanda yoldaşlarım, məşqçilərim və ən əsası azarkeşlər olmadan mümkün olmazdı. Hər ölkədə və hər klubda azarkeşlərin göstərdiyi sevgi həyatım boyu özümlə aparacağım bir şey olacaq. 

Hər məşqdə və hər oyunda hər şeyimi verdiyimi bilərək ruhumda rahatlıqla ayrılıram. Mənə çox şey qazandıran bu peşəyə, səhvlərim və düzgün qərarlarımla hörmətlə yanaşıram", - Kavani sosial media səhifəsində yazıb.

Edinson Kavani 745 peşəkar oyunda iştirak edib, 404 qol vurub və 79 məhsuldar ötürmə edib. O, Uruqvay millisində 136 oyunda iştirak edib və 58 qol vurub.

Edinson Kavani PSJ və Uruqvay millisinin əfsanəsi

Xəbər lenti