Türkiyə Superliqası təmsilçisi "Karagümrük" yeni baş məşqçisini açıqlayıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Aleksandar Stanоеviçlə anlaşıb.
O, bu postda istefaya göndərilən Marsel Lickanı əvəzləyib.
Qeyd edək ki, Stanоеviç 2023/2024 mövsümündə bir müddət başqa bir Türkiyə komandası - "Konyaspor"u çalışdırıb. "Karagümrük" Superliqada 9 xalla sonuncu sırada yer alıb.