Bu ilin ilk 10 ayında Azərbaycan 3,2 milyon ABŞ dolları dəyərində 318 ton püstə idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 20 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 1,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 36 % çox) 203 ton (+35 %), Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (+4 %) 87,6 ton (+0,7 %), Özbəkistandan 464,6 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 23 ton (+4 dəfə), Amerika Birləşmiş Ştatlarından 31,6 min ABŞ dolları dəyərində (-85 %) 3 ton (-86 %) və Əfqanıstandan 13 min ABŞ dolları dəyərində 1 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 336 ton püstənin 52 %-i İranın, 35,4 %-i Türkiyənin payına düşüb.