IMG-LOGO

Maks Ferstappen 2025-ci ilin ən yaxşı pilotu seçilib

29 Dec 2025 17:31 5 baxış
IMG

"Formula 1" üzrə dünya çempionatında çıxış edən komandaların rəhbərləri 2025 mövsümü üçün ən yaxşı sürücüləri seçiblər.

"Report" xəbər verir ki, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen ardıcıl beşinci ildir ki, birindi yeri tutub.

Hazırkı dünya çempionu Lando Norris ("McLaren") ikinci, onun komanda yoldaşı Oskar Piastri üçüncü olub.

Qeyd edək ki, səsvermə anonim şəkildə aparılıb və xallar mövcud çempionat sisteminə uyğun verilib.

Xəbər lenti