IMG-LOGO

Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq

29 Dec 2025 16:29 2 baxış
IMG

Dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət, ictimai əsaslarla fəaliyyət göstərən mərkəzi və yerli səviyyəli Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq.

"Report" xəbər verir ki, bu, "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı"nda qeyd edilib.

Əsas icraçı orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təyin edilib.

Bundan başqa, ölkədə gender əsaslı zorakılığa dair sorğu aparılacaq. İcraçı qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Sorğunun nəticələrinə əsasən təhlili və yekun hesabat hazırlanacaq.

Xəbər lenti