IMG-LOGO

Həssas qruplardan olan qadınlar üçün iqlim dəyişimləri üzrə adaptasiya planları hazırlanacaq

29 Dec 2025 16:36 3 baxış
IMG

Həssas qruplardan olan qadınlar üçün iqlim dəyişmələri nəticəsində yaranan risklərin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.

"Report" xəbər verir ki, bu, "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı"nda qeyd edilib.

Həmin qadınlar üçün iqlim dəyişmələri nəticəsində yaranan riskləri nəzərdə tutan iqlim dəyişmələri üzrə adaptasiya planları və proqramları hazırlanacaq.

Üç ili əhatə edəcək işin icraçı qurumu Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.

Xəbər lenti