IMG-LOGO

A Seriyası komandası baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

29 Dec 2025 16:37 2 baxış
IMG

Braziliya A Seriyası təmsilçisi "Flamenqo" baş məşqçisi Filipe Luislə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2027-ci ilə qədər artırılıb.

O, 2024-cü ildən "Flamenqo"nu çalışdırır.

Qeyd edək ki, komanda Filipe Luisin rəhbərliyi altında Libertadores Kubokunu, Braziliya Kubokunu və Superkubokunu qazanıb.

Xəbər lenti