IMG-LOGO

Bakıda ata həbsdəki oğluna mürəbbənin içində narkotik gətirdi

09 Jan 2024 12:12 141 baxış
IMG

İstintaq təcridxanasına narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb.

Lent.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən bildirilib.

Məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Həbs edilmiş şəxs Mehman Şöhrət oğlu Səmədova atası Şöhrət Balaəsgər oğlu Səmədovun gətirdiyi  sovqatdakı əncir mürəbbəsinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,710 qram heroin və 0,147 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti