IMG-LOGO

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı azaldılıb

29 Dec 2025 16:02 4 baxış
IMG

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası üzvlərinin sayı azaldılıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişiklik edib.

Dəyişikliklə Müşahidə Şurasının üzvlərinin sayı 11-dən 7-yə endirilib. Həmçinin Müşahidə Şurasının 4 üzvü (bundan əvvəl 8) vətəndaş cəmiyyəti institutlarının, digər 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin ediəcək.

Dəyişikliklə Agentliyin fəaliyyətinə üç üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

Xəbər lenti