IMG-LOGO

Gürcüstan ağır cinayətlərdə şübhəli bilinən şəxsi Qazaxıstana ekstradisiya edib

29 Dec 2025 12:26 6 baxış
IMG

Gürcüstan ağır cinayətlərdə şübhəli bilinən rusiyalını Qazaxıstana ekstradisiya edib.

"Report" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat verib.

Bildirilib ki, o, 2022-ci ildə Almatıda vətəndaşların qaçırılması və onların əmlaklarının zorla ələ keçirilməsində iştirak edib:

"O, üç ildən çox ədalətdən gizlənib və beynəlxalq axtarışda olub. Sentyabrda Qazaxıstan Baş Prokurorluğunun təqdimatı ilə şübhəli şəxs saxlanılıb və geri qaytarılaraq istintaq təcridxanasına yerləşdirilib. İndi onu əmlakı müsadirə edilməklə 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir".

Xəbər lenti