IMG-LOGO

"Real" klubu portuqaliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəməyib

29 Dec 2025 09:54 4 baxış
IMG

İspaniyanın "Real" klubu Portuqaliya millisinin futbolçusu Ruben Neveşlə müqavilə imzalamaqdan imtina edib.

"Report" xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən və yayda sözləşməsinin müddəti başa çatacaq 28 yaşlı yarımmüdafiəçi "Real"a təklif edilib.

Bu, "Kral klubu"nun rəhbərliyi tərəfindən diqqətlə nəzərdən keçirilib. Lakin transferin hazırkı idman strategiyasına uyğun olmadığı qərara alınıb.

R.Neveş karyerasını yenidən Avropada davam etdirmək niyyətindədir.

Qeyd edək ki, portuqaliyalı oyunçu İngiltərədə "Vulverhempton", ölkəsində "Portu" klubunun formasını geyinib. O, 2023-cü ildən "Əl-Hilal"da çıxış edir.

Xəbər lenti