IMG-LOGO

Rusiyanın Rostov vilayətində yük qatarı relsdən çıxıb

28 Dec 2025 13:04 6 baxış
IMG

Rusiya Federasiyasının Rostov vilayətində yük qatarı relsdən çıxıb.

"Report" xəbər verir ki, dekabrın 28-nə keçən gecə baş verən hadisə barədə Cənub Nəqliyyat Prokurorluğu məlumat yayıb.

"Şimali Qafqaz dəmir yolunun Kiziterinka-Protoçnaya məntəqələri arasında yük qatarının lokomotivinin təkər cütləri relsdən çıxıb. Hadisənin səbəbləri və şəraiti araşdırılır", - qurumdan bildirilib.

Prokurorluğun məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerində bərpa işləri aparılır, nəzarət qurumu və hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Bildirilib ki, hadisə səbəbindən 20 uzaqməsafəli və 5 şəhərətrafı qatarın hərəkəti ləngiyib.

Xəbər lenti