IMG-LOGO

Litvada fırtına səbəbindən 7 mindən çox sakin işıqsız qalıb

28 Dec 2025 13:21 6 baxış
IMG

Küləkli hava Litvanın 7 mindən çox istehlakçısını elektrik enerjisiz qoyub, hava şəraiti səbəbindən Klaypeda dövlət dəniz limanında gəmilərin hərəkəti məhdudlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə Hidrometeoroloji Mərkəzin nümayəndəsi Yan Vaytkevic LRT milli radiosunun efirində bildirib.

"Gecədən sonra 5,5 min istehlakçı işıqsız qalıb. Lakin səhər də təbiət sakitləşməyib, qasırğa həddində olan külək əsməyə davam edib. Zərər çəkmiş istehlakçıların sayı 7,1 minə çatıb", - o qeyd edib.

Küləyin sürəti saniyədə 31 metrə çatıb. Qasırğa ölkənin qərb hissəsinə güclü zərbə vurub. Klaypeda dəniz limanının rəhbərliyi gəmilərin hərəkətini məhdudlaşdırmağa məcbur olub. Dalğaların hündürlüyü 5 metri keçib.

Xəbər lenti