İran İslam Respublikasında milyardlarla dollar əhaliyə yox, ali rəhbər Əli Xameneinin nəzarətində olan qurumlara xərclənir.
"Report" xəbər verir ki, bu, "İran İnternational" xəbər agentliyinin araşdırmasında yer alıb.
Məqalədə büdcə haqqında yeni qanun layihəsinə də toxulunub, qeyd olunur ki, yeni təklif də köhnə modelin davamıdır.
Bildirilib ki, İranın büdcəsinin əsas hissəsi İslam Respublikasının ali rəhbəri Əli Xameneinin nəzarəti altında olan ideoloji qurumlara sərf olunur. "Büdcə göstəricilərinin təhlili aydın şəkildə göstərir ki, güc balansı hələ də Əli Xameneinin rəhbərliyi altında olan qurumların lehinə yönəlib, insanların gündəlik həyatına yox" , - araşdırmada qeyd olunub.