IMG-LOGO

Braziliyada yol qəzasında 11 nəfər ölüb

28 Dec 2025 10:24 4 baxış
IMG

Braziliyanın Baiya və Espiritu-Santo ştatları arasındakı sərhəddə iki avtomobilin toqquşması nəticəsində 11 nəfər ölüb.

"Report"un yerli mediaya istinadən verdiyi məlumata görə, qəza Baiyanın cənub hissəsindəki Mukuri bələdiyyəsi ərazisində baş verib.

Federal Yol Polisi (PRF) avtomobil və pikapın toqquşması nəticəsindı 10 nəfərin öldüyünü təsdiqləyərək bildirib ki, 11-ci şəxs ağır xəsarət alıb və Espirito-Santodakı xəstəxanaya aparılıb. Lakin bir neçə saat sonra "Ecovias Capixaba" operativ əməliyyatlar mərkəzi sonuncu yaralının xəstəxanada müalicə aldıqdan sonra öldüyünü əlavə edib.

Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi yanıb; sərnişinlərin şəxsiyyətini müəyyən etmək üçün DNT testi tələb olunacaq.

Müvafiq qurumlar hadisənin başvermə şəraitini araşdırır.

Xəbər lenti