IMG-LOGO

Braziliya millisinin futbolçusu ölkəsinin klubuna transfer olunub

28 Dec 2025 09:12 4 baxış
IMG

Braziliya millisinin futbolçusu Renan Lodi azad agent kimi ölkəsinin "Atletiko Mineyro" komandası ilə müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sol cinah müdafiəçisi bu ilin sentyabrında Səudiyyə Ərəbistanının "Əl-Hilal" kollektivindən ayrılıb.

Renan Lodi daha əvvəl "Atletiko" (Madrid, İspaniya), "Marsel" (Fransa) və "Nottinqem Forest"(İngiltərə) klublarında çıxış edib.

Qeyd edək ki, "Atletiko Mineyro"nun heyətində Braziliya yığmasının sabiq üzvü, məşhur hücumçu Hulk da forma geyinir.

Xəbər lenti