IMG-LOGO

Goranboyda ər-arvad dəm qazından zəhərləndi

28 Dec 2025 08:50 5 baxış
IMG
0 0

Goranboyda ər-arvad dəm qazından zəhərlənib, vəziyyətləri ağırdır.

Lent.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakinləri 1975-ci il təvəllüdlü A. Qəribov və onun həyat yoldaşı, 1982-ci il təvəllüdlü A. Qəribova dəm qazından zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Hər iki şəxsə dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir. İlkin məlumata görə, ər-arvad yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

dəm qazı

Xəbər lenti