IMG-LOGO

İlin ilk “Açıq mikrofon” aksiyası Qaxda keçirildi

08.01.2024 15:15 118 baxış
IMG

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı”nın növbəti ünvanı Qax rayonu olub.

Lent.az xəbər verir ki, ilin ilk aksiyasında cəmi 3 nəfər mikrofon önünə çıxsa da, ünvanlanan müraciətlərdən biri bir kəndin sakinləri adından səsləndirilib.

Qum kəndinin qazlaşdırılmasını xahiş edən sakin isə Vüsal Nurməmmədov olub. Digər 2 sakin isə nasaz qaz sayğaclarının yenisi ilə əvəzlənməsini istəyib. Zaqatala RQİİ-nin rəhbər şəxsləri müraciətlər barədə qeydiyyat apardıqdan sonra müvafiq göstərişlər veriblər.

Xəbər lenti