"Aston Villa" İngiltərə futbol çempionatının 18-ci turunda səfərdə "Çelsi" üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.
"Report"un məlumatına görə, qalib komandanın bütün qollarını Ollie Uatkins vurub (63 və 84-cü dəqiqələr), məğlub tərəfdən isə Joao Pedro fərqlənib (37-ci dəqiqə).
"Aston Villa" bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini əldə edib. Birminqem təmsilçisi İngiltərə çempionatında 8, Avropa Liqasında isə 3 oyun qazanıb.
Turnir cədvəlində "Aston Villa" 39 xalla 3-cü yerdə qərarlaşıb. "Çelsi" isə 29 xalla 5-ci pillədədir.
Növbəti turda "Aston Villa" səfərdə çempionatın lideri "Arsenal"la (42 xal) qarşılaşacaq, "Çelsi" isə "Bournemouth"u qəbul edəcək. Hər iki oyun 30 dekabrda keçiriləcək.