Sabirabadda minik avtomobili kanala aşıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Araz Adil oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın kanala düşüb. Qəza nəticəsində sürücü ölüb.
Faktla bağlı araşdırma aparılır.