IMG-LOGO

Göygölə güclü qar yağdı: maşınlar yolda qaldı - FOTOLENT

27 Dec 2025 21:43 51 baxış
IMG
0 0

Göygöl rayonunda axşam saatlarından etibarən yağan yağış qara çevrilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, güclü qar səbəbindən Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Yolda hərəkət qismən təmin olunur, lakin bəzi avtomobillər yolda qalıb.  Qeyd edək ki, hazırda Daşkəsən, Gədəbəy və Qərb bölgəsinin ucqar rayonlarında güclü qar yağır.

göygöl qar

Mənbə: lent.az

Xəbər lenti