IMG-LOGO

Azərbaycan polad boru istehsalını 2 dəfədən çox artırıb

27 Dec 2025 17:06 4 baxış
IMG

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 199 min ton polad boru istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu il dekabrın 1-nə olan vəziyyətə görə, ölkədə 3,8 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 109,8 min ton polad boru istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 62,3 % azdır.

Xəbər lenti