IMG-LOGO

La Liqa təmsilçisi 19 yaşlı niderlandlı yarımmüdafiəçi ilə maraqlanır

27 Dec 2025 17:18 4 baxış
IMG

İspaniyanın "Real" klubu AZ-ın (Niderland) 19 yaşlı yarımmüdafiəçisi Kes Smitlə maraqlanır.

"Report"un "The Athletic"ə istinadən məlumatına görə, niderlandlı futbolçuya 29 yaşlı Daniel Sebalyosun əvəzləyicisi kimi baxılır.

AZ futbolçusunu qış transfer pəncərəsində buraxmaq niyyətində deyil və satışından təxminən 60 milyon avro əldə etməyi planlaşdırır. "Real"la yanaşı, yarımmüdafiəçiyə İspaniyanın digər klubu "Barselona", həmçinin "Mançester Yunayted"və "Nyukasl" (hər ikisi İngiltərə), "Borussiya" (Dortmund, Almaniya) tərəfindən da maraq göstərilir.

Qeyd edək ki, K.Smit cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 27 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı futbolçunu 22 milyon avro dəyərində qiymətləndirir.

Xəbər lenti