IMG-LOGO

Astarada fəhlə iş başında öldü

27 Dec 2025 15:42 2 baxış
IMG
0 0

Astarada kişi bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Fəhlə işləyən 51 yaşlı Möhübbət Mirzəhəsən oğlu Gülhəsənovun iş başında halı pisləşib. Ətrafdakıların köməyi ilə o, Astara rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq M.Gülhəsənovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Onun ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisələr Astara rayonu

Xəbər lenti