IMG-LOGO

Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib

27 Dec 2025 15:39 3 baxış
IMG

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda avtomobil qaz xəttinə çırpılması nəticəsində 450 abonentin qaz təchizatında fasilə yaranıb.

"Report"un yerli bürosunun məlumatına görə, rayonun Biçənək kəndində minik avtomobili ərazidən keçən D-119-luq qaz xəttini zədələyib.

Təhlükəsizlik məqsədilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.

Qazın verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

Xəbər lenti