IMG-LOGO

Ağdərədə kişi hündürlükdən yıxılaraq ölüb

27 Dec 2025 13:25 44 baxış
IMG

Ağdərə rayonunda hündürlükdən yıxılan kişi ölüb.

"Report" xəbər verir ki, Ağdərə rayon sakini, 1970-ci il təvəllüdlü Möhübbət Qayım oğlu Xıdırov Umudlu kəndində hündürlükdən yıxılıb.

O, baş nahiyəsindən ağır xəsarət alaraq ölüb.

Rayon prokurorluğu faktla bağlı araşdırma aparır.

Xəbər lenti