IMG-LOGO

İmişlidə kişi dəm qazından boğulub

27 Dec 2025 13:26 45 baxış
IMG

İmişlidə kişi dəm qazından boğularaq ölüb.

"Report" xəbər verir ki, hadisə rayonun Çahar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1969-cu il təvəllüdlü Mehman Məmməd oğlu Nəsirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti