Vəkillər Kollegiyası Ali Məhkəmə və Baş prokuror Kamran Əliyevi təltif edib.
"Report" xəbər verir ki, onlara mükafat "Vəkil Günü" peşə bayramı münasibətilə keçirilən mərasimdə təqdim olunub.
Belə ki, vəkilliyin inkişafına verdiyi töhfəyə və səmərəli əməkdaşlığa görə Ali Məhkəmə 2025-ci ilin "Vəkilliyin dostu" mükafatına layiq görülüb.
Kamran Əliyev isə "Fəxri vəkili" adı ilə təltif olunub, ona rəmzi vəkil mantiyası təqdim edilib.


