Salyan və Göygöl rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılaraq yenidən qurulub.
Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.
Bildirilib ki, Agentlik tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən, hər iki bazarın yenidən fəaliyyətə başlamasına icazə verilib.
Xatırladaq ki, daha əvvəl Bərdə heyvan bazarının fəaliyyətinə icazə verilmişdi. Yaxın günlərdə baytarlıq-sanitariya normalarına uyğun yenidən qurulan daha bir neçə bazarın da fəaliyyətə başlaması məsələsinə baxılacaq.




