Filadelfiyanın Beynəlxalq Hava Limanı (Pensilvaniya ştatı, ABŞ) qar fırtınası səbəbindən 500-dən çox reysi ləğv edib.
"Report"un qərb KİV-inə istinadən verdiyi məlumata görə, əlverişsiz hava şəraiti qonşu Nyu-Cersi və Nyu-York ştatlarını da əhatə edib.
Məlumata görə, təkcə ötən gün ABŞ-nin Qərb sahilinin şimal hissəsində qar fırtınası 1 500-dən çox reysin ləğvinə səbəb olub.