IMG-LOGO

Vyetnamda avtobus qəzaya uğrayıb, azı 7 nəfər ölüb

27 Dec 2025 11:24 3 baxış
IMG

Vyetnamın şimal əyaləti Yenbayda sərnişin avtobusu qəzaya uğrayıb, azı 7 nəfər ölüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Vyetnam dövlət mediası məlumat yayıb.

Bildirilib ki, dağ yamacı ilə hərəkət edərkən aşan avtobusda 19 nəfər olub.

Xilasedicilər nəqliyyat vasitəsinin qalıqları altından sağ qalan 10 nəfəri çıxarıblar, bir neçə nəfər isə içərisində sıxışıb qalıb.

Qəzanın mümkün səbəblərindən biri kimi əyləc sisteminin texniki nasazlığı göstərilib.

Hadisənin səbəblərinin araşdırılması davam edir.

Xəbər lenti