IMG-LOGO

"Niva" ilə motosikletçinin üstündən keçdi - Naxçıvanda DƏHŞƏTLİ ANLAR

27 Dec 2025 11:19 4 baxış
IMG
0 0

Naxçıvan Muxtar Respublikasında yanacaqdoldurma məntəqəsində dəhşətli anlar yaşanıb.

Lent.az xəbər verir ki, hadisə Ordubad rayonunun Əylis kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Şizofreniya xəstəliyindən əziyyət çəkən 37 yaşlı Güloğlan Əzimov (ad və soyad şərtidir) “Niva” markalı avtomobillə əvvəlcə “VAZ-2107” markalı avtomobilə çırpılıb. Sonra isə yanacaq doldurmaq üçün dayanan motosikleti də vuraraq, sürücüsünün üzərindən keçib. Xəstəxanaya yerləşdirilən zərərçəkəni xilas etmək mümkün olub.

Faktla bağlı Güloğlan Əzimov saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi açılıb.

İstintaq zamanı zərərçəkən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib. Həmçinin araşdırmalar zamanı Güloğlan Əzimovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi üzə çıxıb.

Ordubad rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs cəzadan azad edilib. Qərara əsasən Güloğlan Əzimova məcburi tədbirlər təyin olunub və sağalanadək psixiatriya sanatoriyasında müalicə almalıdır.

Hadisələr Naxçıvan Ordubad

Xəbər lenti