IMG-LOGO

Binədə "Zil" sürücüsü qəza törədib, ölən var

27 Dec 2025 10:26 4 baxış
IMG

Binə qəsəbəsində "Zil" sürücüsü qəza törədib, ölən var.

"Report" xəbər verir ki, hadisə Bakının Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Əlizaman Elman oğlu Bədəlov idarə etdiyi "ZİL 30" markalı yük avtomobilini arxaya doğru hərəkət etdirərkən piyada Yeganə Rafiq qızı Şıxəliyevanı vurub.

Piyada aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti