İspaniyanın "Real" klubu yay transfer dönəmində heyətini gücləndirmək üçün müdafiəçi axtarışlarına başlayıb.
"Report" ESPN-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi Almaniyanın "Borussiya" (Dortmund) klubunun üzvü Niko Şlotterbek və "Renn"in (Fransa) müdafiəçisi Jeremi Jake ilə yaxından maraqlanır.
Rəhbərliyin "Liverpul"dan (İngiltərə) İbraima Konate, "Bavariya"dan (Almaniya) Dayo Upamekano və "Kristal Pelas"dan (İngiltərə) Mark Qehini isə siyahıdan çıxardığı bildirilib.
Həmçinin "Real" öz akademiyasının yetirmələri, hazırda "Kastilya"da forma geyinən Xoan Martinez və "Komo"ya məxsus Xakobo Ramonun inkişafını da izləyir.
Qeyd edək ki, komanda hazırda İspaniya La Liqasında 42 xalla ikinci pillədədir.