IMG-LOGO

Bu rayon işıqsız qalacaq

27 Dec 2025 09:32 4 baxış
IMG
0 0

Bu gün Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20 mVA gücündə transformatorla əvəz olunacaq.

Lent.az xəbər verir ki, yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 12:30-dək şəhər ərazisində və rayonun bir sıra hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və gücləndirmə işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Biləsuvar Azərişıq

Xəbər lenti