İngiltərənin "Nottingem Forest" klubunun ev oyunlarını qəbul etdikləri "Siti Qround" stadionun tribunalarına keçmiş futbolçu, UEFA Çempionlar Liqasının ikiqat qalibi Con Robertsonun adı veriləcək.
"Report"un məlumatına görə bunu klubun sahibi Evangelos Marinakis mətbuat xidmətinə açıqlamasında deyib.
C.Robertson dekabrın 25-də 73 yaşında vəfat edib.
Qeyd edək ki, keçmiş futbolçu 1979 və 1980-cı illərdə "Nottingem Forest"in heyətində UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.