IMG-LOGO

Trampla Zelenskinin görüş vaxtı rəsmi olaraq açıqlanıb

27 Dec 2025 09:44 4 baxış
IMG

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcəyini rəsmən təsdiqləyib.

"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, ABŞ Prezidentinin cədvəlindən aydın olur ki, görüş dekabrın 28-də yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 00:00) Floridada keçiriləcək.

Tədbirdə jurnalistlərin iştirakına icazə verilməsi planlaşdırılır.

Daha əvvəl "Axios" qeyd edib ki, liderlərin görüşü Trampın Floridada yerləşən Mar-a-Laqo iqamətgahında keçiriləcək.

Xəbər lenti