IMG-LOGO

Tramp Ukraynada müharibəyə son qoymaq üçün yaxşı şansın olduğuna inanır

27 Dec 2025 05:15 5 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yaxşı şansın olduğuna inanır.

"Report"un məlumatına görə, Amerika lideri "New York Post"a müsahibəsində fikirlərini bölüşüb.

"Düşünürəm ki, bunu etmək üçün yaxşı şansımız var. Mən səkkiz müharibəni həll etmişəm və bu, ən çətin olanıdır. Amma düşünürəm ki, biz bunun öhdəsindən gələ bilərik", - deyə o qeyd edib.

Nəşr qeyd edir ki, ABŞ prezidenti dekabrın 28-də ukraynalı həmkarı Volodimir Zelenski ilə gözlənilən görüşdə bu məsələ ilə bağlı razılığın əldə olunmasının mümkünlüyünə nikbin baxır.

Tramp hesab edir ki, münaqişənin hər iki tərəfi ona son qoymaqda maraqlıdır:

"Düşünürəm ki, onlar (Ukrayna - red.) indi bunu etmək istəyirlər və məncə, Rusiya da eyni şeyi istəyir. Amma hər dəfə bir tərəf bunu etmək istəyini nümayiş etdirsə də, qarşı tərəf bunu etmir

Xəbər lenti