IMG-LOGO

Yunanıstanda qar uçqunu nəticəsində 4 nəfər ölüb

27 Dec 2025 01:45 6 baxış
IMG

Yunanıstanda xilasedicilər Vardousia dağlarında qar uçqunu altında qalan 4 nəfərin cəsədini çıxarıblar.

"Report" xəbər verir ki, bu barədə "Skai" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Afinadan gələn və Vardousia silsiləsinə qalxan üç alpinistin axtarışları faciəvi şəkildə başa çatıb: onlar qarın altında huşsuz vəziyyətdə tapılıb.

Alpinistlərdən birinin yoldaşı olduğu bildirilən qadın cəsədi də onlarla birlikdə tapılıb.

Üç alpinistlə əlaqə dekabrın 25-də kəsilib. Dərhal genişmiqyaslı axtarış əməliyyatına başlanılıb, bu zaman alpinistlərin avtomobili Afanasios Diakos ərazisində olub və ehtimal ki, dağlara doğru yürüşlərə başlayıblar.

Daha sonra xilasedicilər uçqun altında itkin düşənlərin izlərini aşkar ediblər. Alpinistləri qar altında axtarmaq üçün termal kameralar və dronlardan istifadə edilib. Onların köməyi ilə 3 kişi və bir qadının cəsədi tapılıb.

Xəbər lenti