IMG-LOGO

ABŞ Ukraynaya uzadıla bilən 15 illik pakt təklif edib

27 Dec 2025 00:16 6 baxış
IMG

Rusiya Kiyevin təşəbbüsü ilə sülh planı üzrə referendum keçirmək üçün Ukraynada atəşkəsin vacibliyini başa düşür.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalına yüksək rütbəli ABŞ rəsmisi bildirib.

Nəşrə müsahibəsində ABŞ rəsmisi Ukraynanın lideri Volodimir Zelenskidən sitat gətirib: "Zelenski bildirib ki, Rusiya ən azı 60 gün atəşkəsə razılıq versə, xalq səsverməsi keçirməyə hazırdır" , - yazıda qeyd olunub.

Adı açıqlanmayan rəsminin sözlərinə görə, Moskva bu zərurəti başa düşür, lakin 60 gündən daha qısa müddət istəyir.

Ukrayna Prezidenti sülh planının şərqdə ağrılı ərazi güzəştlərini nəzərdə tutduğunu və bunun üçün Ukrayna xalqının razılığını almalı olduğunu vurğulayıb.

"Vacib məsələlərdən biri müqavilənin müddətidir. ABŞ uzadıla bilən 15 illik pakt təklif edib. Mən düşünürəm ki, bizə 15 ildən çox lazımdır", - Zelenski bildirib və əlavə edib ki, əgər ABŞ Prezidenti Donald Tramp görüşdə bu məsələdə razılıq əldə olunsa, o, bunu "böyük uğur" sayacaq.

Xəbər lenti