Fransanın paytaxtı Paris şəhərində naməlum şəxs metroda bıçaqla hücum edərək üç qadını yaralayıb.
"Report" xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Qəzet qeyd edib ki, şübhəli şəxs hadisə yerindən qaçıb. Yaralılara təcili olaraq tibbi yardım göstərilib.
Alınan xəsarətlərin ağırlıq dərəcəsi məlum deyil.