IMG-LOGO

Avropa Komissiyası il ərzində rekord sayda hüquqi akt qəbul edib

26 Dec 2025 23:48 4 baxış
IMG

Bürokratiyanı rəsmən azaltmağı və biznes üçün qaydaları sadələşdirməyi vəd edən Avropa İttifaqı (Aİ) 2025-ci il ərzində minə qədər qanunaltı akt qəbul edib.

"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Alman sənaye birliyi "Gesamtmetall"ın hesabatında qeyd olunub ki, 2025-ci ilin yanvar ayından oktyabrın sonuna qədər Avropa Komissiyası 952 icraedici hüquqi akt qəbul edib. Bu, müşahidələr tarixində rekorddur.

Bu sənədlər artıq qəbul edilən Aİ normalarını işə salır. Xüsusilə, bu sənədlərdə ittifaq ölkələrində məişət texnikasının enerji səmərəliliyinin necə ölçüləcəyi və istehsalçıların hansı məlumatları təqdim etməli olduqları göstərilib.

"Bu tənzimləmə və bürokratiya şirkətləri daha çox boğur. Bu dəyişməlidir. Əks halda, Aİ tezliklə iqtisadiyyatın ikinci liqasında oynayacaq", - "Gesamtmetall"ın rəhbəri Oliver Tsander bildirib.

Onun sözlərinə görə, Aİ-nin iqtisadiyyatı daha rəqabətqabiliyyətli etmək istəyi haqqında bəyanatlara baxmayaraq, bürokratik yük artmaqda davam edir, ABŞ və Çin tərəfindən təzyiq isə güclənir.

Xəbər lenti